IQNA

 İranşünaslıq Fondunun beynəlxalq işlər üzrə müavini koronavirusdan vəfat etdi

23:28 - March 06, 2020
Xəbər sayı: 3486844
Tehran (IQNA) -  İranşünaslıq (İranologiya) Fondunun beynəxalq işlər, əlaqələr və informasiya üzrə müavini Qüdrətullah Əlizadə bu gün (6 Mart 2020) koronavirusa tutulma səbəbi ilə vəfat edib.

Qüdrətullah Əlizadə İran İslam Respublikasının tanınmış və mühüm şəxsiyyətlərindən, məzhəblərin yaxınlaşdırılması və digər mədəni fəaliyyətlər üzrə fəallarından biri idi.

O, "Rəzəvi Universiteti"nin məzunu idi. İranşünaslıq (İranologiya) Fondunun beynəxalq işlər, əlaqələr və informasiya üzrə müavini, "Sədra İslam Hikməti Fondunun beynəlxalq işlər üzrə müavini, İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının sosial işlər üzrə müavini vəzifələrində çalışmışdı və Ümumdünya İslami Sülh Şurasının İdarə Heyətinin üzvü idi.  

3883576

captcha